“Oshkosh” şirkəti M-ATV zirehli maşının yeni varinatını nümayiş etdirib

ABŞ-ın “Oshkosh” şirkəti M-ATV zirehli maşının yeni varinatını nümayiş etdirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, maşının təqdimatı hazırda “Association of the United States Army – AUSA 2015” sərgi-konfransında keçirilib.

MRAP kateqoriyasına daxil olan M-ATV 6х6 şassi üzərindədir.

Maşında bir çox yeniliklər edilib ki, onlardan da biri zirehli korpusun uzadılmasıdır. Bütün təkərlər ТАК-4 asması ilə yığılıb.

Maşının zəruri olan yüklərlə birlikdə çəkisi 19,07 tondur.

CATEGORIES
TAGS