Azərbaycan-Özbəkistan arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan-Özbəkistan arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı müzakirə olunub

Mayın 8-də Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə səfərdə olan Özbəkistan Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb, qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərimizin inkişafında bu cür səfərlərin və keçirilən görüşlərin müsbət təsirini qeyd ediblər.

Konstruktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

CATEGORIES
TAGS