
Böyük Britaniyanın “BAE Systems” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlı piyada qoşunları üçün hazırladığı amfibiya döyüş maşının (Amphibious Combat Vehicle/ACV) ilk nümunəsini sifarişçiyə təqdim edib.
“AzeriDefence”nin məlumatına görə, qeyd olunan döyüş maşını 700 at gücündə olan mühərrikə və 8×8 təkər formuluna malikdir.
Maşında 13 döyüşçünün daşınması üçün yer yaradılıb.
ACV-nin üstünlüklərindən biri onun gəmidən dənizə endirildikdən sonra platforma təkrar geri alına bilməsidir.
Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən “BAE Systems” şirkəti 2017-ci il ərzində sifarişçiyə 15 maşın verəcək.



