ABŞ HDQ antidron sismemlərlə təchiz edilib

ABŞ HDQ antidron sismemlərlə təchiz edilib

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) suüstü gəmiləri DRAKE anti-dron sistemi ilə silahlandırmağa başlayıb.

“Poliqon” “USNİ News” portalına istinadən xəbər verir ki, sistem yüksək tezlikli və aşağı tezlikli siqnallar yayaraq dronla operatorun pultu arasındakı əlaqəni pozur.

Sistem dronların tez-tez istifadə etdiyi tezliklərdə siqnallar verir və operatorlarla ünsiyyətini pozur. DRAKE antidron sistemi “Northrop Grumman” şirkəti tərəfindən hazırlanıb. Ondan İraq və Əfqanıstandakı müharibələrdən bəri əldəqayırma partlayıcı qurğuların işə salınmasının qarşısını almaq üçün istifadə edilib.

Antidron sistemi kürək çantasında daşımaq mümkündür. Sonra “Humvee” zirehli maşınlarına quraşdırılıb. Daha sonra isə istehsalçı şirkət DRAKE-i dronlarla mübarizə aparmaq üçün uyğunlaşdırıb.

Sistem batareyalarda və ya gəmiyə bağlı olaraq işləyir. Operatorlar onu kürək çantasında gəzdirə və onunla birlikdə gəmidə hərəkət edə bilərlər.

dron

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS