ABŞ HDQ-yə əlavə RAM raket buraxma sistemləri tədarük ediləcək

ABŞ HDQ-yə əlavə RAM raket buraxma sistemləri tədarük ediləcək

“Raytheon” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri üçün RAM idarə olunan raket buraxma sistemlərinin (GMLS) istehsalı ilə bağlı 74 milyon dollar dəyərində müqavilə qazanıb.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, müqaviləyə əsasən, şirkət ABŞ HDQ-yə bir neçə yeni raket buraxma sistemi tədarük edəcək, mövcud sistemlərdə təmir və təkmilləşdirmə işləri aparacaq, həmçinin bu işlər üçün lazım olan avadanlıqları və ehtiyat hissələrini təmin edəcək.

Müqavilə çərçivəsində işlərin əksər hissəsi Kentukki ştatının Luisvill şəhərində həyata keçiriləcək və 2028-ci ilə qədər tamamlanacaq.

CATEGORIES