ABŞ “Hellfire” raketlərinin Danimarkaya satışını təsdiqləyib

ABŞ “Hellfire” raketlərinin Danimarkaya satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 45 milyon dollar dəyərindəki AGM-114R2 “Hellfire” raketlərinin Danimarkaya satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 100 ədəd “hava-yer” tipli AGM-114R2 “Hellfire” raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı ABŞ-ın “Lockheed Martin Missile and Defense” şirkəti olacaq.

CATEGORIES