ANKA III PDT sınaq uçuşu zamanı təcili eniş etməli olub

ANKA III PDT sınaq uçuşu zamanı təcili eniş etməli olub

TUSAŞ şirkəti tərəfindən hazırlanan ANKA III pilotsuz döyüş təyyarəsi (PDT) “Anadolu Qartalı-2025” beynəlxalq təlimi çərçivəsində həyata keçirilən sınaq uçuşu zamanı təcili eniş edib.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, hadisə nəticəsində heç bir insan itkisi, maddi zərər və ya xəsarət qeydə alınmayıb.

“Uçuş təhlükəsizliyi protokolları vaxtında işə salınmışdır. Texniki komandalarımız hadisənin bütün aspektlərini qiymətləndirmək və səbəblərini araşdırmaq üçün ərazidə işlərə və təhlillərə başlamışdır”, – deyə TUSAŞ tərəfindən bildirilib.

Qeyd edək ki, ANKA III ilə bağlı sosial mediada yayılan görüntülərdə PDT-nin eniş zamanı bir sıra zədələr aldığı görülür.

CATEGORIES