ABŞ HHQ GBU-72 bombasının ilk havadan atılma sınağını keçirib

ABŞ HHQ GBU-72 bombasının ilk havadan atılma sınağını keçirib

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) GBU-72 “Advanced 5K Penetrator” bombasının ilk havadan atılma sınağını keçirib.

“Poliqon” xəbər verir ki, sınaqlar “Eglin” poliqonunda keçirilib.

F-15E “Strike Eagle” ağır qırıcı-bombardmançı təyyarəsi ilk dəfə GBU-72 bombasının atılmasını yerinə yetirib. Əvvəllər hərbiçilər bu sursatı yalnız döyüş başlığını partlatmaqla sınaqdan keçiririb.

2,3 ton ağırlığındakı GBU-72 bombası ABŞ HHQ arsenalındakı GBU-28, GBU-37 və GBU-57 bunker əleyhinə sursatlarını tamamlayacaq. Qeyri-rəsmi məlumatlara görə, GBU-72 bombası ABŞ HHQ qırıcı aviasiyasının silahlanmasındakı GBU-28 bombasını əvəz edəcək. Bu bombalar keçən əsrin 90-cı illərində hazırlanıb və torpağın 30 metr dərinliyinə qədər yerə nüfuz etmək və ya 6 metrə qədər betonu dəlmək qabiliyyətinə malikdir.

GBU-72 bombası sərbəst düşən bombaları idarə olunan hala gətirən təkmilləşdirilmiş GPS əsaslı JDAM (Joint Direct Attack Munition) dəsti ilə təchiz edilib. JDAM dəsti bombanı təyin edilmiş koordinatlara istiqamətləndirməyə imkan verir, qanadlardan və quyruq pərli idarə olunan blokdan ibarətdir.

GBU partlama

GBU-72 betondələn bombanın döyüş hissəsinin partlaması

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS