ABŞ HIMARS-lar üçün Ukraynaya əlavə raketlər verəcək

ABŞ HIMARS-lar üçün Ukraynaya əlavə raketlər verəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni hərbi yardım paketi hava hücumundan müdafiə sistemlərini, artilleriya sursatlarını, tank əleyhinə silahları və digər avadanlıqları əhatə edir.

Hərbi yardım paketinə daxildir:

  • HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
  • “Stinger” zenit raketləri;
  • 155 və 105 mm-lik artilleriya mərmiləri;
  • AT4 tank əleyhinə qumbaraatanlar;
  • Atıcı silahlar üçün sursat;
  • Ehtiyat hissələri, təlim sursatları, texniki xidmət, tibbi avadanlıqlar və s.
CATEGORIES
TAGS