ABŞ-ın “Kalashnikov USA” şirkəti yeni tüfəng modelini təqdim edib

ABŞ-ın “Kalashnikov USA” şirkəti yeni tüfəng modelini təqdim edib

Tezliklə Amerika silah bazarında taktiki asqı dəsti ilə təchiz edilmiş Kalaşnikovun AK avtomatının “yüzüncü” seriyası mövcud olacaq. ABŞ-ın “Kalashnikov USA” şirkəti AK-103 avtomatı bazasında yaradılmış KR-103 VISKOV (Kalashnikov rifle) adlı yeni tüfəng modelini təqdim edib.

Bu barədə “Poliqon” “Kalashnikov USA” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

”“Kalashnikov USA” şirkəti bizim yeni VISKOV tüfəngini təqdim etməkdən məmnundur. Bu, istehsal xəttimizdən çıxan sonuncu tüfəngdir. Rusiya irsini və Amerika yeniliklərini davam etdirərək, biz KR-103 üçün soyuq döymə lüləmizlə başladıq və silahın imkanlarını inkişaf etdirdik”, deyə şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, KR-103 VISKOV tüfəngi ABŞ-da klassik AK-103 avtomatının bazasında istehsal olunan karabin formatlı yarımavtomatik tüfəngdir. Tüfəngin əsas məqamı taktiki asqı dəstidir. Belə ki, istehsalçı məşhur “taktiki” elementlərdən maksimum istifadə edib: lülə qutusunun “Picatinny rail” tamasalı qatlanan qapağı, teleskopik qundaq, erqonomik tapança əl dəstəyi və başqaları.

KR-103 tüfəngi hazırda ən etibarlı üsulla hazırlənmış döymə lülə ilə təchiz olunub və əksər hissələri AKM/AK74 avtomatına uyğun gəlir. Lüləsinin uzunluğu 415 mm, tüfəngin ümumi uzunluğu isə 1042 mm-dir. Maqazinin tutumu 30 patrondur. Tüfəngin lüləsinin çapı 7,62×39 mm-dir, lakin gələcəkdə 5,45×39 mm versiyasının da istehsalı planlaşdırılır.

İstehsalçının bildirməsinə görə, KR-103 100% Rusiya və 100% Amerika məhsuludur. Yəni, bu silah özündə rus irsini və innovasiyasını amerikalı silah ustaları tərəfindən hazırlanmış müasir dizayn və texnologiya ilə birləşdirib.

Tüfəng tamamilə ABŞ-da istehsal olunur. Tüfəngin ABŞ silah bazarında qiyməti 1090,00 – 1180,00 ABŞ dolları civarındadır. İlk dəfə ABŞ-da keçirilən “SHOT Show 2020” silah sərgisində nümayiş etdirilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS