
ABŞ Ordusu CH-47F Block II ağır nəqliyyat helikopterləri sifariş edib
ABŞ Ordusu “Boeing” şirkətinə 461 milyon ABŞ dolları dəyərində doqquz ədəd CH-47F Block II “Chinook” ağır nəqliyyat helikopteri sifariş edib.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, bununla da ABŞ Ordusu tərəfindən sifariş edilən CH-47F Block II helikopterlərinin ümumi sayı 18 ədədə çatıb.
Bu günə qədər “Boeing” ABŞ Ordusuna altı ədəd CH-47F Block II helikopteri təhvil verib. Hazırda həmin helikopterlər onların təkmilləşdirilmiş imkanlarını nümayiş etdirmək məqsədilə müxtəlif sınaqlardan keçirilir.
CH-47F Block II versiyası mühərrik ötürmə sistemi və gövdə konstruksiyasında əhəmiyyətli təkmilləşdirmələrə malikdir. Bu dəyişikliklər maksimum uçuş çəkisini 4000 funt (təxminən 1800 kq) artıraraq qaldırma qabiliyyətini xeyli yüksəldir. Bundan əlavə, yanacaq sistemində edilən yeniliklər demək olar ki, bütün yük növləri üçün uçuş radiusunu genişləndirir.
