ABŞ Ordusu təkmilləşdirilmiş AMRAAM raketləri alır

ABŞ Ordusu təkmilləşdirilmiş AMRAAM raketləri alır

“Raytheon Technologies”in tərkibinə daxil olan “Raytheon Missiles & Defense” şirkəti ilə Pentaqon arasında AMRAAM raketlərinin alqı-satqısına dair müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Raytheon Technologies” şirkəti məlumat yayıb.

Müqaviləyə görə, şirkət ABŞ Ordusu üçün dəyəri 972 milyon ABŞ dolları olan AMRAAM raketi istehsal edəcək.

Məlumatda istehsal ediləcək raketlərin AMRAAM-ın F3R (“Form, Fit, Function Refresh”) layihəsi əsasında tətəkmilləşdirilmiş AIM-120D3 və AIM-120C8 versiyaları olacağı bildirilib.

Şirkət rəsmisi qeyd edib ki, döyüş təyyarəsindən atılan və “hava-hava” tipli olan bu raketlərin F3R sayəsində effektivliyi daha da artırılıb.

Poliqon.az

CATEGORIES
TAGS