ABŞ Ordusu Ukraynadan “KrAZ” avtomobilləri alır

ABŞ Ordusu Ukraynadan “KrAZ” avtomobilləri alır

ABŞ Ordusu Ukraynanın “Kremençuq Avtomobil Zavodu” (KrAZ) tərəfindən istehsal olunan “KrAZ” yük avtomobilləri sifariş verib.

“Poliqon” “ArmyRecognition”a istinadən xəbər verir ki, ABŞ Ordusu 4×4 təkər platformalı “KrAZ” ağır nəqliyyat vasitələri, onların ehtiyat hissələri və təchizatı üçün şirkət ilə üç illik müqavilə bağlayıb.

Sifarişdə şəxsi heyətin daşınması üçün nəqliyyat vasitələri, banlı yük maşınları, su və yanacaq daşıyanlar yer alıb.

Alınan vasitələr şübhəsiz ki, ABŞ Ordusu tərəfindən istifadə olunmayacaq və Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı əməliyyatlarından ötrü müttəfiqlərə veriləcək.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS