ABŞ ordusu yeni Humvee 2-CT Hawkeye haubitsasını qiymətləndirəcək

ABŞ Ordusu, “AM General” şirkəti ilə iki dəst Humvee 2-CT Hawkeye Mobile Howitzer Systems (MHS) mobil haubitsanın təchizatı üçün müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, yeni məmulatın sınaqlarının 2022-ci ildə aparılması və əldə edilmiş nəticələrə əsasən sistemin ABŞ qoşunlarının sıralarında istismar imkanlarının qiymətləndirilməsi planlaşdırılır.
Humvee 2-CT (HMMWV və ya Humvee – High Mobility Multipurpose Wheeled Vehicle), iki qapılı M1152 modeli olaraq, tam standart kütləsi 6,4 tondur, mühərrikinin gücü 205 at gücünə bərabərdir və bloklama əleyhinə əyləc sistemi (ABS) ilə təchiz edilib.
“Mandus Group” şirkətinin istehsalı olan “yumşaq təpmə texnologiyası”nın (soft recoil technology – SRT) inteqrasiyasını təmin edir. SRT, gücü itirmədən düzünə və asma atəş sistemlərindəki döyüş yükünü azaldacaq bir kəşf texnologiyasıdır, lülənin qalxma bucağından asılı olaraq təpmə qüvvəsinin 40-60% azaldılmasını təmin edir”, – deyə istehsalçının nümayəndəsi bildirib.
Qeyd edildiyi kimi, SRT-nin istifadəsi artilleriya sisteminin ümumi çəkisini azalda, manevr qabiliyyətini və döyüş effektivliyini artıra bilər.
“AM General” şirkəti, texnologiyanın artıq hazır olduğunu və mövcud silah platformalarında tətbiq oluna biləcəyini qeyd edir.
Ümumilikdə yeni Humvee 2-CT Hawkeye özüyeriyən artilleriya sistemi 4×4 təkər formullu Humvee yüksək keçidlikli hərbi avtomobildən və onun üzərinə quraşdırılmış 105 mm-lik haubitsadan ibarətdir.
Əhəd Əzizov




