
“Reaper ER” pilotsuz uçuş aparatının (PUA) ABŞ Silahlı Qüvvələrində istismarına başlanılıb.
“AzeriDefence”nin məlumatına görə, ABŞ Silahlı Qüvvələri “General Atomics Aeronautical Systems” şirkəti arasında uzaqmənzilli “Reaper Extended Range” (Reaper ER) PUA-sının alınmasına dair müqavilə ötən il bağlanılıb.
Modernləşməyə əsasən, “Reaper ER”ın 27 saatdan, 33-ə qədər uzadılıb.
Sazişdə şirkətin orduya 38 ədəd “Reaper” verəcəyinə dair razılıq əldə olunub.
“General Atomics Aeronautical Systems” yaxın illərdə daha böyük PUA-ların yaradılmasına başlayacağını da açıqlayıb. Yeni PUA-ların uzunluğu 24 metr olacaq. Bu da PUA-nın havada 42 saata qədər qalması deməkdir. Hazırda istismarda olan PUA-ların maksimum uzunluğu isə 20 metrdir.



