ABŞ “Patriot” ZRK-dən istifadə edəcək ukraynalı hərbçilərin təliminə başlayıb

ABŞ “Patriot” ZRK-dən istifadə edəcək ukraynalı hərbçilərin təliminə başlayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Patriot” zenit-raket kompleksindən (ZRK) istifadə edəcək ukraynalı hərbçilərin təliminə başlayıb.

“Poliqon” xəbər verir ki, bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri briqada generalı Patrik Rayder keçirilən brifinq zamanı deyib.

Patrik Rayder bildirib ki, “Patriot” ZRK-dən istifadəni öyrənmək üçün 90-100 arası ukraynalı hərbçinin cəlb olunduğu təlimlər bir neçə ay davam edəcək.

Xatırladaq ki, Pentaqon Ukrayna Silahlı Qüvvələrinə “Patriot” ZRK-lərin də tədarük olunacağını nəzərdə tutan 1.85 milyard ABŞ dolları dəyərindəki hərbi yardımı ötən ilin dekabr ayında elan edib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR