ABŞ Türkiyə Ordusuna F-16 qırıcıların tədarükünə başlayıb

ABŞ Türkiyə Ordusuna F-16 qırıcıların tədarükünə başlayıb

Türkiyə Silahlı Qüvvələri ABŞ-dan F-16 döyüş təyyarələri alır.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar NATO üzv ölkələrinin Müdafiə nazirlərinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

H.Akar F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı texniki işlərin başladığını bildirib: “Türkiyə Silahlı Qüvvələrinin aviasiya parkında yer alan F-16-ların yenilənməsi lazımdır. Strateji müttəfiqimiz, dostumuz ABŞ-dan həm Blok 70 Viber F-16 döyüş təyyarəsi tədarükü, həm də inventarımızdakı bəzi təyyarələrin modernizasiya edilməsi üçün texniki işlər başlayıb”.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş