ABŞ Ukraynanın F-16 qırıcılarına texniki xidmət və logistika dəstəyi göstərəcək

ABŞ Ukraynanın F-16 qırıcılarına texniki xidmət və logistika dəstəyi göstərəcək

ABŞ Dövlət Departamenti Ukraynanın F-16 qırıcılarına texniki xidmət və logistika dəstəyinin göstərilməsini nəzərdə tutan 266.4 milyon dollar dəyərindəki xarici hərbi satışı təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, F-16-lara texniki xidmət və logistika dəstəyinin göstərilməsi Ukraynanın döyüş imkanlarını artırmaqla ölkənin cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini yüksəldəcək.

Sözügedən sifarişin baş podratçıları “Sabena”,  “Lockheed Martin” və “Pratt and Whitney” şirkətləri olacaq.

CATEGORIES