ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 250 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni hərbi yardım paketi hava hücumundan müdafiə sistemlərini, artilleriya sursatlarını, tank əleyhinə silahları və digər avadanlıqları əhatə edir.

Hərbi yardım paketinə daxildir:

  • HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
  • NASAMS zenit-raket kompleksləri (ZRK) və “Stinger” daşınan zenit-raket kompleksləri (DZRK) üçün əlavə raketlər;
  • 155 və 105 mm-lik artilleriya mərmiləri;
  • TOW tank əleyhinə raketlər;
  • “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK);
  • AT4 tank əleyhinə qumbaraatanlar;
  • Atıcı silahlar üçün 15 milyondan çox sursat;
  • Ehtiyat hissələri, təlim sursatları, texniki xidmət, tibbi avadanlıqlar və s.
CATEGORIES