Ukraynada müdafiə büdcəsinin üçdə biri texnoloji silahlara ayırılıb

Ukraynada müdafiə büdcəsinin üçdə biri texnoloji silahlara ayırılıb

Ukrayna Müdafiə Nazirliyi müdafiə büdcəsinin üçdə birini texnoloji silahlara ayırıb.

“Poliqon” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Satınalma Siyasəti Departamentinin direktoru Qleb Kanevski deyib.

“Bu gün müdafiə təchizatı təkcə Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməkdən ibarət deyil. Bu, həm də Ukraynda texnologiya sektorunun, xüsusən də PUA, elektron müharibə və raket texnologiyaları sahələrinin inkişafı üçün güclü təkandır”, – deyə Q.Kanevski bildirib.

Qeyd edək ki, 2025-ci il üçün Ukraynda müdafiə və təhlükəsizlik xərclərinə 2.23 trilyon UAH (indiki məzənnə ilə 53.9 milyard ABŞ dolları) ayırılıb.

CATEGORIES