
ABŞ Ukraynaya hərbi yardımı müvəqqəti dayandırıb
2022-ci ilin əvvəlindən Rusiyanın Ukraynaya hücumundan bəri ABŞ Ukraynaya təxminən 66 milyard dollar dəyərində təhlükəsizlik yardımı göstərib.
“Poliqon” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sean Parnell keçirilən brifinq zamanı deyib.
O, bu yardımın əksəriyyətinin prezidentin fövqəladə səlahiyyətləri çərçivəsində ABŞ ehtiyatlarından Ukraynaya göndərilən hərbi texnika və sursatlardan ibarət olduğunu bildirib.
Qeyd olunub ki, hazırda ABŞ tərəfindən Ukraynaya, eləcə də digər ölkələrə göstərilən bəzi yardımlar müvəqqəti dayandırılıb. Bu addım Pentaqonun öz imkanlarını nəzərdən keçirməsi çərçivəsində atılıb. Pentaqon bu qiymətləndirmə ilə başqa ölkələrə yardım edərkən öz imkanlarını zəiflətməməyə çalışır.
TAGS Manşet