ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 150 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Pentaqonun Ukrayna üçün açıqladığı yeni hərbi yardım paketi əsasən, HHM sistemləri üçün raketləri, döyüş sursatlarını, tank əleyhinə silahları, artilleriya və minaatan mərmilərini əhatə edir.

Hərbi yardım paketinə daxildir:

  • HAWK HHM sistemləri üçün əlavə raketlər;
  • HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
  • 155 və 105 mm-lik artilleriya mərmiləri;
  • 81 mm-lik minaatan mərmiləri;
  • TOW tank əleyhinə raketlər;
  • “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK);
  • AT4 tank əleyhinə qumbaraatanlar;
  • Atıcı silahlar və qumbaraatanlar üçün sursatlar;
  • Taktiki nəqliyyat vasitələri və s.
CATEGORIES
TAGS