ABŞ YARS və ZRK-lər üçün Ukraynaya əlavə raketlər verəcək
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Pentaqonun Ukrayna üçün açıqladığı yeni hərbi yardım paketi əsasən, YARS və ZRK-lər üçün raketləri, döyüş sursatlarını, tank əleyhinə silah sistemlərini, artilleriya və minaatan mərmilərini əhatə edir.
Hərbi yardım paketinə daxildir:
- NASAMS zenit-raket kompleksləri üçün əlavə raketlər;
- Hava hücumundan müdafiə üçün RIM-7 raketləri;
- “Stinger” zenit raketləri;
- HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə raketlər;
- 155 və 105 mm-lik artilleriya mərmiləri;
- TOW tank əleyhinə raketlər;
- “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK);
- AT4 tank əleyhinə qumbaraatanlar və s.