ADEX-2024: KAREL müdafiə və kommunikasiya həllərini nümayiş etdirib

ADEX-2024: KAREL müdafiə və kommunikasiya həllərini nümayiş etdirib

Türkiyədə texnologiya sahəsində lider şirkətlərdən olan KAREL şirkəti ADEX-2024 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yeni texnoloji müdafiə və kommunikasiya həllərini nümayiş etdirib.

“Doğan Şirkətlər Qrupu”nun törəmə şirkəti olaraq güclü kapital quruluşu və dinamizmi ilə yoluna davam edən KAREL, Türkiyənin İnformasiya Texnologiyaları sahəsində qabaqcıl dizayn, istehsal və xidmət təminatçısı kimi lider mövqeyini qoruyur.

poligon1 e1728640952444

Elmi-tədqiqat işlərindən istehsala qədər bütün proseslərə sahib olan KAREL, Müdafiə Sənayesi Həlləri ilə yanaşı, Kommersiya Telekommunikasiya, Korporativ Layihələr, Avtomobil Elektronikası, Elektron İstehsal və Yeni Texnologiyalar sahələrində də fəaliyyət göstərir. Mühəndislik gücü ilə sektorda özünəməxsus yer qazanmış bir şirkət olan KAREL müştərilərin tələb və ehtiyaclarını ətraflı təhlil edərək onlara xüsusi həllər təklif edir. Təxminən 5000 işçisi olan KAREL, Türkiyənin rabitə texnologiyaları sektorunda xarici tərəfdaşı olmayan ən böyük şirkətdir. KAREL 20 ildən artıqdır ki, dost ölkələrə məhsul və texnologiya ixrac edir.

KAREL şirkətinin Müdafiə Qrupu rəhbəri Yavuz Bayız “Poliqon” jurnalının ADEX-2024 Xüsusi Buraxılışana müsahibəsində bildirib ki, Türkiyənin müdafiə sənayesinin əldə etdiyi irəliləyişlər Türkiyənin beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirir: “Bu irəliləyişlər sadəcə Türkiyə üçün deyil, həm də dost ölkələrimiz üçün güc faktoru olaraq meydanda özünü göstərir. Azərbaycanın xüsusilə son dövrlərdəki haqlı mübarizəsində Türkiyə müdafiə sənayesi şirkətlərinin verdiyi dəstək çox mühüm rol oynamışdır. Bu prosesdə KAREL olaraq biz də Azərbaycana kommunikasiya sahəsində geniş çeşidli həllər və texnologiyalar təqdim etmiş olmaqdan qürur duyuruq”.

KAREL-in müdafiə həlləri

poligon3

DS200T səhra elektrik stansiyası

KAREL-in müdafiə məhsulları ilə bağlı danışan Yavuz Bayız bildirib ki, KAREL-in ADEX-2024 sərgisində nümayiş etdirdiyi məhsullara nəzər saldıqda, təxminən 35 illik köklü bir şirkət olaraq informasiya və kommunikasiya texnologiyaları sahəsindəki diqqətini qoruyaraq fərqli məhsul qrupları ilə istifadəçi ehtiyaclarını qarşıladığı görülür.

“Hərbi rabitə şəbəkələrinin mühüm elementi olan açarlama sistemləri, quru nəqliyyat vasitələrində istifadə üçün daxili kommunikasiya (interkom) və radio çöl rabitə sistemləri, istənilən ölçüdəki dəniz platformaları üçün geniş məhsul çeşidi ilə interkom, açarlama və siqnalizasiya sistemlərimiz mövcuddur. Müdafiə sahəsindəki elmi-tədqiqat yetkinliyimiz və avionika həllərimiz də platformalarda öz yerini tutur.

KAREL olaraq fərdiləşdirilmiş elektron məhsullar və ya kartlar səviyyəsində dizayn və istehsal fəaliyyətləri də həyata keçiririk. Bundan əlavə, Türkiyənin tutum baxımından ən əhəmiyyətli elektronika istehsal edən şirkətlərindən biri olaraq müdafiə sektorunun əsas oyunçularının dizaynla yanaşı, istehsal ehtiyaclarını da qarşılayan intensiv fəaliyyət həyata keçiririk”, – deyə Yavuz Bayız vurğulayıb.

Quru kommunikasiya həlləri

poligon2

Zirehli maşın daxili rabitə sistemi

Yavuz Bayız, KAREL-in quru əməliyyat sahəsi və platformaları üçün həllərini belə ümumiləşdirib: “Quru Qoşunlarının ehtiyacları üçün sistemlərimizdən daha ətraflı danışsaq rabitə sahəsində böyük şəbəkə strukturları yaratmaq üçün inkişaf etdirdiyimiz elektrik stansiyası həlləri, simli və simsiz rabitə infrastrukturlarımız önə çıxır. Bu il Türkiyə Ordusuna tədarük etdiyimiz IP-əsaslı Səhra Elektrik Stansiyası KAREL-in qurulmasından bəri sistem həlli olaraq ən əhatəli tək partiyada həyata keçirdiyi çatdırılmadır.

Bundan başqa, C4I tətbiqləri üçün xüsusi olaraq hazırladığımız situasiya məlumatlılığı həllərimizlə çox fərqli seqmentdəki istifadəçilərin ehtiyaclarını qarşılayırıq.

Uzaq məsafəli səs, məlumat və video ötürülməsi üçün TÜBİTAK ilə birlikdə hazırladığımız radiolink sistemləri ordu və hüquq-mühafizə qüvvələrinin sahə rabitəsini dəstəkləyən yüksək tutumlu və təhlükəsiz məlumat ötürülməsi üçün effektiv həlldir. Hərbi maşınlarda istifadə üçün hazırladığımız interkom və radio çöl rabitə həllərimiz də ölkəmizin platforma istehsalçılarının ixrac məhsullarında çox əhəmiyyətli yer tutduğunu deyə bilərəm”.

Dəniz platformalarına yönəlik həllər

poligon5

Gəmi alarm və anons sistemi

Yavuz Bayız KAREL-in dəniz platformalarına yönəlik həlləri barəsində danışarkən bildirib ki, KAREL kommunikasiya həlləri, xüsusi olaraq; dəniz platforması istehsalçılarının istənilən ölçülü platformaları üçün gəmi telefon elektrik stansiyası, interkom, alarm (siqnalizasiya) və anons sistemləri dizayn edir və istehsalını həyata keçirir.

“Son 10 ildə ölkəmizdə MİLGEM seriyalı korvetlər də daxil olmaqla, Türkiyə Hərbi Dəniz Qüvvələrində inşa edilən və modernləşdirilən gəmilərin əhəmiyyətli bir hissəsində telefon elektrik stansiyası və alarm sistemlərini biz təmin etdik. Bu məhsullarımızın bir hissəsi ilk satış uğurlarını xaricdə əldə etmiş, daha sonra ölkə daxilində əhəmiyyətli layihələrə töhfə verib”, – deyə Yavuz Bayız vurğulayıb.

Hava platformaları üçün həllər

poligon6Yavuz Bayız KAREL-in hava platformaları üçün inkişaf etdirdiyi həllərlə bağlı danışaraq son illərdə avionika platformaları üçün də həllər hazırladıqlarını bildirib: “Bu çərçivədə başda Türkiyənin KAAN milli döyüş təyyarəsi olmaqla, ATAK II ağır sinif hücum helikopteri və “Hürkuş” təlim-döyüş təyyarəsi kimi platformalar üçün Ehtiyat Uçuş Göstəriciləri hazırlayır və istehsal edirik.

Bundan əlavə, müdafiə sənayesi tərəfdaşlarımız üçün elektron mühərrik idarəetmə bloku, elektron müharibə/əks-tədbir məhsulları və konseptual dizayn tədqiqatları həlləri təklif edirik. KAREL-in texnologiya sahəsində təcrübəsi bizə mürəkkəb və həssas müdafiə texnologiyalarının istehsalında aparıcı həll ortağı olmağa imkan verir”.

Dost ölkələrə ixrac…

“KAREL bu gün gəldiyi mərhələdə ölkəmizin dünyaca məşhur brendidir. Biz İT sektorunda Türkiyənin ən əhəmiyyətli kart, təchizat və xidmət təminatçısı şirkətlərindən biriyik. Bu bacarıqları ilə KAREL, birbaşa etdiyi beynəlxalq satışlarla yanaşı, Türkiyə müdafiə sənayesinin beynəlxalq aləmdə uğur qazanmış quru, hava, dəniz platforması və elektron sistem həlləri təklif edən əsas podratçı şirkətləri ilə ölkənin ixrac fəaliyyətini bütün gücüylə dəstəkləməyə çalışır”, – deyə Yavuz Bayız bildirb.

poligon4

CATEGORIES
TAGS