
“Akıncı” PT-2 taktiki PUA-nın sınaqları davam edir – VİDEO
Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan “Akıncı” taktiki pilotsuz uçuş aparatının (PUA) PT-2 indeksli ikinci prototipinin növbəti uşuş sınaqları keçirilib.
Azeri Defence saytının məlumatına görə, bu barədə “Baykar” şirkətinin sosial media hesabında deyilib.
Sınaqlar zamanı “Akıncı” PT-2 PUA 20 000 fut yüksəklikdə 2 saat 26 dəqiqə uçuş həyata keçirərək orta hündürlük sistemi doğrulama testini müvəffəqiyyətlə tamamlayıb.
Qeyd edək ki, bundan əvvəl, avqustun 13-də Bayraktar Akıncı Uçuş və Təlim Mərkəzində “Akıncı” PUA-nın ikinci prototipinin ilk uçuş sınaqları keçirilib. Sınaqlar zamanı “Akıncı” PUA-nın ikinci prototipi 1 saatdan artıq havada qalıb.
“Baykar” şirkətindən verilən məlumata görə, “Akıncı” taktiki PUA-ları döyüş təyyarələrinin silah sistemləri ilə təchiz ediləcək.