HavaXəbərlər

AKSUNGUR PUA yerli mühərriklə yüksəklik rekordu qırıb

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən AKSUNGUR pilotsuz uçuş aparatının (PUA) növbəti uçuş sınağı keçirilib.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, yerli TEI-PD170 mühərriki ilə təchiz edilən AKSUNGUR sınaq zamanı 40000 fut (12192 metr) yüksəkliyə qalxaraq öz rekordunu yeniləyib.

Bildirilib ki, bu uçuşla Türkiyənin milli TEI-PD170 mühərriki də ən yüksək uçuş hündürlüyünə çatıb.

Eyni zamanda, bu, ASELSAN şirkətinin hazırladığı ASELFLIR-500 kamerasının və “Aspilsan” şirkətinin inkişaf etdirdiyi isidici batareyanın da AKSUNGUR ilə sınaqdan keçirildiyi ən yüksək hündürlük olub.

Back to top button