“Alkar” ilə silahlandırılan “Springbuck SD” zirehli maşınının yeni variantı təqdim edilib

“Alkar” ilə silahlandırılan “Springbuck SD” zirehli maşınının yeni variantı təqdim edilib

Cənubi Afrika Respublikasının (CAR) “DCD Protected Mobility” şirkəti “Springbuck Standard Duty” (SD) zirehli maşınının “Double Cab” adlı yeni variantını təqdim edib.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, AAD-2024 sərgisində nümayiş olunan “Springbuck SD” zirehli maşınının “Double Cab” variantını ASELSAN şirkətinin 120 mm-lik “Alkar” avtomatik minaatan sistemi ilə silahlandırılıb.

V formalı gövdə dizaynına malik “Springbuck SD” zirehli maşını bu sayədə 8 kq-lıq TNT partlayışlara tab gətirə bilir. O, missiyalar zamanı şəxsi heyətin təhlükəsizliyi üçün hərtərəfli ballistik və partlayışdan qorunma xüsusiyyətlərinə malikdir. “Springbuck SD” müştərilərə STANAG 4569 Level 3a və 3b standartlarına uyğun sertifikatlaşdırılmış partlayışdan qorunma təklif edir. Yüksək keçicilik qabiliyyətinə sahib olan zirehli maşın 850 mm eninə qədər səngərləri keçə və 400 mm-lik dik maneələri aşa bilir.

ASELSAN-ın hazırladığı “Alkar” avtomatik minaatan sistemini həm nəqliyyat vasitələrinin, həm də sabit platformaların üzərinə inteqrasiya etmək mümkündür. ADOP-2000 Avtomatlaşdırılmış Atəş Dəstək Sistemi ilə komplektləşdirilə bilinən “Alkar” 360 dərəcə bucaq altında atəş etmək imkanına sahibdir.

Sistem istifadəçiyə 120 mm-lik həm yivli, həm də yivsiz minaatan lülələrini inteqrasiya etməyə imkan verir. Hədəfə avtomatik olaraq yönələn “Alkar”ın mərmisi də avtomatik yüklənir. Siste gecə və gündüz, hər cür ərazi və hava şərtlərində xidmət göstərə bilir. Onun atəş məsafəsi 1500-8000 metr, döyüşə hazırolma müddəti isə 1 dəqiqədir.

South Africa unveils new Springbuck SD 120mm self propelled mortar armed with Aselsans Alkar system 925 002 c1d12cc3

CATEGORIES