Almaniya ABŞ-dan MK 54 torpedaları alır
ABŞ Dövlət Departamenti 300 milyon dollar dəyərindəki MK 54 torpedalarının Almaniyaya satışını təsdiqləyib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Bildirilib ki, sifarişə 80 ədəd MK 54 torpedasının və lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişlə bağlı baş podratçı rolunda ABŞ-ın “Raytheon” şirkəti çıxış edəcək.
Qeyd olunub ki, MK 54 torpedaları Almaniya Silahlı Qüvvələrinə məxsus P-8A dəniz patrul təyyarələrinin sualtı müharibə imkanlarını təkmilləşdirməklə, onların cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.