Almaniya ABŞ-dan RAM Blok 2B raketləri alacaq

Almaniya ABŞ-dan RAM Blok 2B raketləri alacaq

Almaniya Müdafiə Nazirliyinin (Bundestaq) büdcə komitəsi ABŞ-dan idarə olunan “Rolling Airframe Missile” (RAM) Blok 2B zenit-raket sistemlərinin alınmasını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə Bundestaqın mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Almaniya 560.9 milyon ABŞ dolları dəyərində 600 ədəd RAM Blok 2B raketi alacaq. Raketlərin Almaniya Ordusuna təhvil verilməsi 2024-2029-cu illərdə baş tutacaq.

ABŞ-ın “Raytheon Missile and Defense” şirkəti tərəfindən istehsal edilən RAM Blok 2B raket sistemi hazırda Almaniyanın Hərbi Dəniz Donanması tərəfindən istifadə olunan RAM Blok 1A və RAM Blok 2 raketlərinin təkmilləşdirlimiş modelidir. RAM Blok 2B digər əvvəlki versiyalardan fərqli olaraq inkişaf etdirilmiş arayıcı sistemə və “missile-to-missile link” raketlər arasında bağlantı imkanlarına malikdir.

“Rolling Airframe Missile” idarəolunan zenit-raket sistemi hava hücumundan müdafiə və raket əleyhinə müdafiə missiyalarını yerinə yetirirməklə düşmənin idarəolunan raketlərini, təyyarə və helikopterlərini məhv etmək üçün hazırlanıb.

Poliqon.az

CATEGORIES
TAGS