Almaniya “Eurofighter Typhoon”ların Səudiyyə Ərəbistanına satışına icazə verib

Almaniya “Eurofighter Typhoon”ların Səudiyyə Ərəbistanına satışına icazə verib

Almaniya 48 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin Səudiyyə Ərəbistanına satışına icazə verib.

“Poliqon” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlayıb.

Böyük Britaniya, İtaliya və İspaniya ilə birlikdə “Eurofighter Typhoon”un dörd istehsalçı ölkəsindən biri olan Almaniya uzun müddətdir ki, bu satışa icazə vermirdi. Bununla bağlı digər istehsalçı ölkələr Almaniya ilə xeyli müddət danışıqlar aparmış və sözügedən satışa icazə verməyəcəyi halda “Eurofighter Typhoon” layihəsindən kənarlaşdırılacağını bildirmişdi. Gözləməkdən yorulan Səudiyyə Ərəbistanı isə daha sonra Fransanın “Dassault Aviation” şirkətindən 54 ədəd “Rafale” döyüş təyyarəsi almaq qərarına gəlmişdi. Hazırda “Rafale” döyüş təyyarələri ilə də maraqlanan Səudiyyə Ərəbistanının son olaraq hansı qırıcını seçəcəyi məlum deyil.

Əlavə olaraq qeyd edək ki, mövcud vəziyyətdə Almaniyanın digər istehsalçı ölkələrin təzyiqi qarşısında qalması onları Türkiyəyə də “Eurofighter Typhoon” satışına icazə verməyə məcbur edəcək.

CATEGORIES
TAGS