Almaniya HDQ 127 mm-lik “Vulcano” sursatının uyğunluq sınaqlarını tamamlayıb

Almaniya HDQ 127 mm-lik “Vulcano” sursatının uyğunluq sınaqlarını tamamlayıb

Almaniyanın Hərbi Dəniz Qüvvələri (HDQ) 127 mm-lik “Vulcano” idarəolunan sursatının uyğunluq sınaqlarını tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə İtaliyanın “Leonardo” şirkəti məlumat yayıb.

Bildirilib ki, 127 mm-lik “Vulcano” sursatının sınaqları Almaniya Donanmasının F125 freqatına quraşdırılan və “Leonardo” şirkətinin istehsalı olan 127/64 yüngül dəniz topu vasitəsi ilə yerinə yetirilib.

Şirkət keçirilən sınaqların uğurla nəticələndiyini və İtaliya HDQ-dən sonra Almaniya HDQ-nin də bu sursatları öz inventarlarına daxil etməyə yaxın olduqlarını vurğulayıb.

Qeyd edək ki, 127 mm-lik və 155 mm-lik “Vulcano” sursatları “Leonardo” ilə Almaniyanın “Diehl Defence” şirkətləri tərəfindən birgə təkmilləşdirilib. Hər iki idarəolunan sursat həm sabit, həm də hərəkətli hədəfləri effektiv şəkildə məhv etmək qabiliyyətinə malikdir. İstənilən 127 və 155 mm-lik silah sistemləri ilə atış imkanı verən bu sursatların atış mənzili: 127 mm – 80 km, 155 mm – 70 km təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS