Almaniya “Patriot” ZRK-lər üçün Ukraynaya əlavə raketlər verəcək

Almaniya “Patriot” ZRK-lər üçün Ukraynaya əlavə raketlər verəcək

Almaniya “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün Ukraynaya 64 ədəd əlavə raket verəcək.

“Poliqon” DPA agentliyinə istinadən xəbər verir ki, bunu Brüsseldəki NATO iclasında iştirak edən Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Onun sözlərinə görə, raketlər yaxın vaxtlarda Almaniya tərəfindən Ukraynaya göndəriləcək.

Xatırladaq ki, bu ayın əvvəli Ukrayna prezidenti Vladimir Zelenskinin “The Wall Street Journal” nəşrinə verdiyi müsahibə zamanı ölkəsinin 50 ədəd “Patriot” ZRK-yə ehtiyacı olduğunu bildirmişdi.

Poliqon.az

CATEGORIES
TAGS