Almaniya Ukraynaya “Patriot” ZRK-lər göndərir
Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələri üçün yeni hərbi yardım paketi ayırıb.
Bu barədə “Poliqon” Almaniya hökumətinin rəsmi saytına istinadən xəbər verib.
Bildirilib ki, sözügedən hərbi yardım çərçivəsində Almaniya Silahlı Qüvvələrinin (Bundesver) ehtiyatından Ukraynaya “Patriot” zenit-raket kompleksinin (ZRK) iki buraxılış qurğusu tədarük ediləcək.
Bundan başqa, hərbi yardım paketinə 10 ədəd “Bandvagn” 206 (BV206) tırtıllı nəqliyyat vasitəsi, 4 ədəd “Vector” kəşfiyyat pilotsuz uçuş aparatı (PUA), 1163 durbin, 6525 ədəd tüstü şaşkası, 5 ədəd sərhəd mühafizə maşını və s. daxildir.