“Anadolu Qartalı – 2021” – Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib

“Anadolu Qartalı – 2021” – Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Bu barədə məlumat “Poliqon”a Müdafiə Nazirliyindən verilib.

Məlumatda bildirilir ki, eynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmən hava hədəfinin aşkarlanması, taktiki qaydalarla qarşısının alınması, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.

Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmən hava hədəfi məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.

 

b9f01bf876c09e13da6ca9c68470c801

d5e753c4eb1f4a6b8234326890c34f1d 1

d5e753c4eb1f4a6b8234326890c34f1d

CATEGORIES
TAGS