“Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimi davam edir

“Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimi davam edir

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı–2022” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimin ilkin mərhələsində iştirakçılara təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik qaydaları çatdırılıb, uçuş və digər tapşırıqlarla bağlı məsələlər izah olunub.

Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Qeyd edək ki, beynəlxalq taktiki-uçuş təlimi iyul ayının 1-dək davam edəcək.

1 18 2 17 3 14

Poliqon.az

CATEGORIES
TAGS