“Anadolu Qartalı-2022” beynəlxalq təlimləri başlayıb
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları və aviasiya vasitələrinin qatıldığı “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat yayılıb.
Təlimlərdə Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə, İngiltərə, İordaniya, Pakistan və NATO hərbçiləri də iştirak edir.
Təlimlər Türkiyənin Konya şəhərində yerləşən aviabazasında keçirilir.
Rizvan Fikrətoğlu