ANAMA 2046 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA 2046 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, Xocalı, Xankəndi,  Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2024-cü il aprelin 29-dan mayın 5-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 2046.3 ha ərazi yoxlanılıb, 26 ədəd piyada əleyhinə mina, 53 ədəd tank əleyhinə mina və 378 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES