
ANAMA azad edilən ərazilərdə 51 ədəd mina aşkarlayıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.
2023-ci il mayın 29-dan iyunun 3-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 531 ha ərazi yoxlanılıb, 18 ədəd piyada və 33 ədəd tank əleyhinə mina, 49 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
KATEQORIYA: Xəbərlər
TEQLƏR ANAMA