Xəbərlər

ANAMA daha 146 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü ilin iyunun 5-dən 10-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 146 ha ərazi yoxlanılıb, 16 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina və 57 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Fya1yllXsAAyaTZ

Poliqon.az

Back to top button