Xəbərlər

ANAMA daha 213 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-cü ilin mayın 15-dən 20-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 213 ha ərazi yoxlanılıb, 17 ədəd piyada əleyhinə mina, 14 ədəd tank əleyhinə mina və 484 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

FwuRbXEWAAQYhUL

Poliqon.az

Back to top button