ANAMA daha 362 hektar ərazini mina və PHS-lərdən təmizləyib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.
2023-ci il yanvarın 30-dan fevralın 4-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 362 ha ərazi yoxlanılıb, 7 ədəd tank əleyhinə mina və 168 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
CATEGORIES Xəbərlər
TAGS ANAMA