ANAMA daha 467 hektar ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA daha 467 hektar ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Tərtər, Ağdam, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın rayonları və Şuşa şəhəri ərazisində aparılıb.

2023-ci il yanvarın 23-dən 28-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 467 ha ərazi yoxlanılıb, 5 ədəd tank əleyhinə mina və 62 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Fns9R0kWQAEdOK7

Poliqon.az

CATEGORIES
TAGS