Xəbərlər

Slovakiya Azərbaycanla əməkdaşlığın ilk nəticələrini Bakıda keçiriləcək müdafiə sərgisində nümayiş etdirəcək

Mən, həmçinin təsdiqləmək istərdim ki, 2027-ci və 2028-ci illərdə Slovakiya Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi kimi işini davam etdirəcək.

“Poliqon” xəbər verir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.

“Çox şadam ki, müdafiə nazirlərimiz təhlükəsizlik və müdafiə imkanları sahəsində əla əməkdaşlıq edirlər. Həmçinin şadam ki, Slovakiya birgə əməkdaşlığımızın və razılaşmalarımızın ilk nəticələrini bu ilin sentyabrında Bakıda keçiriləcək əsas müdafiə sərgisində göstərə biləcək”, – deyə Slovakiya Prezidenti bildirib.

Back to top button