Xəbərlər
Prezident İlham Əliyev Azərbaycan və Slovakiya arasında hərbi-texniki əməkdaşlığa toxunub

Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi.
“Poliqon” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında deyib.
Azərbaycan Prezidenti bildirib ki, iqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir: “Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah – daim təmasdadırlar”.




