Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan və ABŞ müdafiə sənayesidə əməkdaşlıq edə bilər

Azərbaycan və ABŞ müdafiə sənayesi sahəsində də əməkdaşlıq edə bilər.
“Poliqon”un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə söyləyib.
“Azərbaycan Ağ Evin yeni administrasiyası ilə yaxından işləyir, bizim təmaslarımız var. ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri ilə telefon danışığım olub və bir çox məsələləri müzakirə etmişik”, – deyə dövlət başçısı qeyd edib.
Ermənistanın Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışdığını qeyd edən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin kağız üzərində qaldığını xatırladıb.




