ANAMA-nın sədri Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

ANAMA-nın sədri Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanovla görüşüb.

“Poliqon” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Ann Buayon özünün “Twitter” hesabında paylaşım edib.

“Fransa xarici işlər naziri Katrin Kolonna Bakıya səfəri zamanı Azərbaycanda humanitar minalardan təmizləməyə Fransanın yeni dəstəyini elan etdi. ANAMA-nın sədri Vüqar Süleymanova və onun komandasına əməkdaşlığımızın növbəti addımları ilə bağlı bu gün keçirdiyimiz konstruktiv müzakirəyə görə təşəkkür edirəm”, – deyə paylaşımda bildirilib.

Poliqon.az

CATEGORIES