ANAMA ötən ay 1504 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA ötən ay 1504 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2023-ci il yanvarın 1-dən 31-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1504.56 ha ərazi yoxlanılıb, 61 ədəd piyada və 157 ədəd tank əleyhinə mina, 523 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Fn8CivhXwAEhCW3

Poliqon.az

CATEGORIES