ANAMA ötən ay 4651 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

ANAMA ötən ay 4651 hektardan çox ərazini mina və PHS-lərdən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Şuşa ərazisində aparılıb.

2023-ci il aprelin 1-dən 30-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 4651.45 ha ərazi yoxlanılıb, 142 ədəd piyada və 420 ədəd tank əleyhinə mina, 902 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

FvGnaKuWAAEoDTI

Poliqon.az

CATEGORIES