ABŞ çox sayda AMRAAM raketinin Yaponiyaya satışını tədiqləyib

ABŞ çox sayda AMRAAM raketinin Yaponiyaya satışını tədiqləyib

ABŞ Dövlət Departamenti 3.6 milyard dollar dəyərindəki AIM-120D-3 və AIM-120C-8 AMRAAM raketlərinin Yaponiyaya satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 1200 ədəd “hava-hava” tipli AIM-120 (D-3/C-8) raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı rolunda ABŞ-ın “RTX Corporation” şirkəti çıxış edəcək.

CATEGORIES