
ANAMA ötən həftə 81 ədəd mina və 194 ədəd PHS zərərsizləşdirib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il avqustun 9-dan 14-dək qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 960 065 m2 (96 ha) ərazi yoxlanılıb, 76 ədəd piyada və 5 ədəd tank əleyhinə mina, 194 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

CATEGORIES Xəbərlər
